Gözləyin, gəlir! Finlandiya millisinin yarımmüdafiəçisi ilə 3 illik müqavilə imzaladılar

04:00 Hadisə 241
Gözləyin, gəlir! Finlandiya millisinin yarımmüdafiəçisi ilə 3 illik müqavilə imzaladılar

Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Araz-Naxçıvan"ın rəqibi olan "Aris" növbəti transferini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, Saloniki təmsilçisi "Auqsburq"dan ayrılan Fredrik Yenseno rənglərinə bağlayıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Finlandiya millisinin üzvü olan 27 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

"Araz-Naxçıvan" "Aris"lə ilk oyunu 24 iyul tarixində Bakıda keçirəcək. Bu komandalar arasındakı cavab matçı isə ayın 31-də Yunanıstanda baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
11 İyul 19:30 Çək və bizə göndər!