Eks "Barselona"lını transfer etdilər - "Araz-Naxçıvan"la oynayacaq

12 İyul 2025 03:00 Hadisə 739
Eks "Barselona"lını transfer etdilər - "Araz-Naxçıvan"la oynayacaq

“Araz-Naxçıvan”ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi “Aris” heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, Yunanıstan klubu “Selta”dan Karles Peresi transfer edib.

Bu barədə Saloniki təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

27 yaşlı vinger bir mövsümlük icarəyə götürülüb.

“Barselona”nın yetirməsi olan Peres kataloniyalıların əsas komandasında 13 oyunda 3 qol vurub, 2 məhsuldar ötürmə edib.

O, “Roma” və "Xetafe"də də çıxış edib. İspan futbolçu ötən mövsüm La Liqada 27 oyunda 3 qol vurub.

"Araz-Naxçıvan" "Aris"lə ilk oyununu iyulun 24-də evdə, cavab görüşünü iyulun 31-də səfərdə keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi