Abdullayev də Premyer Liqaya “Karvan”a qayıtdı

12 İyul 2025 01:20 Hadisə 1 212
Abdullayev də Premyer Liqaya “Karvan”a qayıtdı

Yeni mövsümdən Premyer Liqada çıxış edəcək "Karvan" növbəti transferini reallaşdırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Milli komandamızın sabiq üzvü Araz Abdullayev ilə 1 illik müqavilə imzalanıb.

33 yaşlı hücumçu son olaraq "Qaradağ Lökbatan"ın şərəfini qoruyub.

Bu yay Eltun Turabov və Süleyman Əhmədovu heyətinə cəlb edən "Karvan" Emil Qasımov, Ezekiel Morqan, Bəhruz Teymurov, İzzət Müştaqov, Elvin İsmayılov, Müşviq Teymurov, Peyman Keşhavarzi, İlham Hüseynov, Məmməd Muradov, Aref Muhammedalipour və Beqzod Xulikulovla yolları ayırıb.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi