8 il 4 ay müddətinə azadlıqdan məhrum edildi - Ttəcavüzə görə

11 İyul 2025 00:10 Hadisə 541
8 il 4 ay müddətinə azadlıqdan məhrum edildi - Ttəcavüzə görə

Milli Basketbol Assosasiyasında (NBA) çıxış etmiş Ben Maklemor təcavüzə görə 8 il 4 ay müddətinə azadlıqdan məhrum edilib.

Sportinfo.az xəbər verir ki, hadisə 2021-ci ildə baş verib.

Belə ki, B.Maklemorun vaxtilə oynadığı “Portlend” oyunçularından birinin evində keçirilən şənlikdə bir xanımın içkili vəziyyətindən istifadə edən basketbolçu ona təcavüz edib.

Bu barədə zərərçəkmiş özü də ifadə verib.

Oreqon məhkəməsi keçmiş oyunçunun 8 il 4 ay həbs edilməsinə qərar verib.

B.Maklemor “Memfis”, “Hyuston”, “Los Anceles Leykers” və “Portlend”də forma geyinib. Amerikalı sabiq basketbolçu 2022-ci ildən NBA-da çıxış etmir.

kecmis-nba-oyuncusuna-8-il-hebs-cezasi

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi