Bu yerə Azərbaycanda işləyən baş məşqçinin adı veriləcək

17 Mart 2025 00:30 Hadisə 1 655
Bu yerə Azərbaycanda işləyən baş məşqçinin adı veriləcək

"Rubin"in ev oyunlarını keçirdiyi "Ak Bars Arena" stadionunun sektorlarından birinə “Turan-Tovuz”un baş məşqçisi Kurban Berdıyevin adı veriləcək.

Sportinfo.az xəbər verir ki, bu, ev oyunlarını həmin arenada keçirən “Rubin” azarkeşlərinin səsverməsindən sonra məlum olub.

Berdyevin rəhbərliyi altında Kazan təmsilçisi iki dəfə çempion olmaqla yanaşı, ölkə kubokunun və Superkubokunun qalibi olub.

72 yaşlı mütəxəssis 2001-2013, 2017-2019-cu illərdə “Rubin”n baş məşqçisi, 2004-2012-cu illərdə isə klubun vitse-prezidenti vəzifəsində çalışıb.

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"