Azərbaycanda 4 futbolçunun “qələmi qırıldı”, AFFA deyir, gözləyin...

1 Fevral 2025 02:10 Hadisə 887
Azərbaycanda 4 futbolçunun “qələmi qırıldı”, AFFA deyir, gözləyin...

Azərbaycan millisinin sabiq futbolçusu Adil Nağıyevin cəzası müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, AFFA İntizam Komitəsi son klubu “Şamaxı” olan müdafiəçini cəzalandırıb.

29 yaşlı futbolçu danışılmış oyunlarda iştiraka görə ömürlük futboldan uzaqlaşdırılıb. Bir sözlə, Nağıyev artıq futbolla əlaqəli hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilib.

AFFA İntizam Komitəsi I Liqa klubu “Mingəçevir”in 3 futbolçusunu da cəzalandırıb. Xəyal Xudaverdiyev, Mövlan Kərimov və Muxtar Nəzərlinin danışılmış oyunlarda iştirakı sübuta yetirilib.

Bu səbəbdən hər üç futbolçu ömürlük futboldan uzaqlaşdırılıb.

AFFA isə cəzalandırılan futbolçularla bağlı şərh vermək istəmir.

Qurumun mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli futboldan ömürlük uzaqlaşdırılan Adil Nağıyev və “Mingəçevir”in 3 oyunçusu ilə şərh verməyəcəklərini deyib.

Daxili İşlər Nazirliyi araşdırmanı davam etdirdiyi üçün daha sonra geniş açıqlama verəcək.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı