Meymunçiçəyi virusuna yoluxan şəxs evə buraxıldı

31 Yanvar 2025 07:10 Hadisə 545
Meymunçiçəyi virusuna yoluxan şəxs evə buraxıldı

Meymunçiçəyi virusuna yoluxan şəxsin müvafiq tibb müəssisəsində müalicəsi yekunlaşıb.

Bu barədə “qafqazinfo”nun sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, vəziyyəti qənaətbəxş olan şəxs ambulator müalicə üçün evə buraxılıb.

18 yanvar Səhiyyə Nazirliyi və TƏBİB 22 yaşlı Azərbaycan vətəndaşında meymunçiçəyi virusunun aşkarlanması ilə bağlı birgə məlumat yaymışdı. Həmin şəxsin bu il 2-11 yanvar tarixlərində xarici ölkəyə turistik səfər etdiyi və oradan döndükdən bir neçə gün sonra halsızlıq, hərarət, genital nahiyədə suluqlu səpgilər, limfa düyünlərinin böyüməsi və əzələ ağrıları ilə Bakıda fəaliyyət göstərən klinikalardan birinə müraciət etdiyi deyilirdi. Xəstənin səpkilərindən götürülmüş yaxmanın laboratoriyada müayinəsi nəticəsində onda meymunçiçəyi virusu olduğu təsdiqlənmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı