Təyyarə qəzasında ölən idmançıların adları açıqlandı - FOTOLAR

31 Yanvar 2025 08:20 Hadisə 1 174
Təyyarə qəzasında ölən idmançıların adları açıqlandı - FOTOLAR

ABŞ-da qəzaya uğrayan təyyarədə həlak olanlar arasında idmançılar da var.

Sportinfo.az xəbər verir ki, açıqlanan ilkin siyahıdan sonra onların fiqurlu konkisürənlər olduğu məlum olub.

Onlarının əksəriyyətinin rusiyalı mühacirlərin uşaqları olduğu iddia edilir.

İdmançılar ABŞ Fiqurlu Konkisürmə Çempionatında iştirak ediblər və yarışdan qayıdırmışlar.

İlkin siyahıda Endryu Torqaşev, Maksim Naumov, Alisa Efimova, Mişa Mitrofanov, Keti Makbet, Danil Parkman, Kristina Karreyra, Entoni Ponomarenko, Aleksey Şepetov, Annabel Morozov, Artyom Markelov, Anton Spiridonov və Danila Savelyevin adı var.

Reyqan hava limanı yaxınlığında hərbi helikopter və regional reaktiv təyyarənin toqquşması nəticəsində 60-a yaxın insanın həlak olduğu bildirilir.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı