Ölkəmizdə iki komanda meydana çıxarmağa futbolçu tapmadı

31 Yanvar 2025 03:20 Hadisə 1 040
Ölkəmizdə iki komanda meydana çıxarmağa futbolçu tapmadı

AFFA İntizam Komitəsi iki komandanı texniki məğlubiyyətlə cəzalandırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə komitənin iclasında qərar qəbul edilib.

Belə ki, AFFA U-13 Liqasında keçirilməli olan “Troya” – “Lamasya Baku” oyunu meydan sahiblərinin heyətində yetərsay olmadığına görə baş tutmadığı üçün birincilərə 0:3 hesablı texniki məğlubiyyət verilib.

AFFA U-16 Liqasında keçirilməli olan “Səbail" - “Mübariz” FA oyunu isə qonaq komandanın heyətində yetərsay olmadığına görə baş tutmayıb.

“Mübariz” FA bu səbəbdən 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıb.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM