Veteranlarla jurnalistlər futbol meydanında üz-üzə gəldi

31 Yanvar 2025 03:40 Hadisə 637
Veteranlarla jurnalistlər futbol meydanında üz-üzə gəldi

Azərbaycanın əfsanəvi futbol hakimi Tofiq Bəhramovun 100 illiyi münasibətilə futbol veteranları və idman jurnalistləri arasında yubiley matçı təşkil edilib.

Sportinfo.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Tofiq Bəhramov adına Respublika Stadionu ilə birgə təşkil etdiyi oyunda əvvəlcə Dövlət Himni səsləndirilib.

Sonra mərhum hakimin və Vətən müharibəsində canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Start fitindən əvvəl T.Bəhramovun nəticəsi Bəhram Bəhramov topa simvolik toxunuş edib. Qarşılaşma futbol veteranlarının 8:3 hesablı qələbəsi ilə yekunlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 21:20 Layiqli çempionluq!
23 Aprel 20:00 Qəsd və qələt!
23 Aprel 18:10 Çək və bizə göndər!
23 Aprel 04:50 "Bunlar bəhanə deyil"