“Qarabağ”dan ayrılandan sonra ilk dəfə danışdı: “Bu, mənim üçün bir xəyal idi" - VİDEO

30 Yanvar 2025 00:40 Hadisə 911
“Qarabağ”dan ayrılandan sonra ilk dəfə danışdı: “Bu, mənim üçün bir xəyal idi" - VİDEO

"Çox xoşbəxt və məmnunam"

Sportinfo.az xəbər verir ki, bunu "Flamenqo"nun heyətində ilk oyununu keçirən "Qarabağ"ın keçmiş hücumçusu Juninyo "Sportv"yə müsahibəsində deyib.

O, "Flamenqo"da debüt etməyin və bu klubun formasını geyinməyin əla hiss olduğunu vurğulayıb:

"Səhv etmirəmsə, cəmi dörd məşqə çıxmışam. Komanda yoldaşlarımla yavaş-yavaş anlaşıram.

Komandada yalnız keyfiyyətli oyunçular var. İndi deyə bilərəm ki, bu, mənim üçün bir xəyal idi".

"Flamenqo"nun Rio-de Janeyro ştatının çempionatı çərçivəsində səfərdə "Volta Redonda"ya 2:0 hesabı ilə qalib gəldiyi oyunda Juninyo 60-cı dəqiqədə meydana çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı