Qovduqları hücumçunu geri qaytardılar - “Qarabağ”ın rəqibi

29 Yanvar 2025 04:00 Hadisə 931
Qovduqları hücumçunu geri qaytardılar - “Qarabağ”ın rəqibi

Avropa Liqasının 7-ci turunda “Qarabağ”ın qonağı olan FCSB-də maraqlı hadisə baş verib.

Sportinfo.az Rumıniya mətbuatına istinadən xəbər verir ki, bir həftə əvvəl komandadan ayrılan hücumçu Daniel Popa geri qayıdıb.

Klubun sahibi Gigi Becali ötən həftə onunla müqaviləyə xitam verildiyini açıqlamışdı. Səbəb isə Becali ilə Popanın bəzi məsələlərdə fikir ayrılığı olub.

Lakin gözlənilmədən “Qarabağ”la qarşılaşma öncəsi 29 yaşlı forvard Buxarest təmsilçisi ilə eyni şərtlər altında yenidən müqavilə imzalayıb.

Rumıniyalı forvardın aylıq məvacibi 16 min avro təşkil edəcək və o, artıq məşqçilər korpusunun sərəncamındadır.

Ona yer açmaq üçün Yonut Pantiru və Villiam Baeten iştirak ərizəsindən çıxarılıblar.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM