Azərbaycandan sonra Ermənistana getdi, indi də... FOTO

29 Yanvar 2025 01:20 Hadisə 1 411
Azərbaycandan sonra Ermənistana getdi, indi də... FOTO

"Zirə"nin sabiq legioneri Vladislav Kulaçın yeni klubu bəlli olub.

Sportinfo.az xəbər verir ki, ukraynalı hücumçu karyerasını ölkəsində davam etdirəcək.

31 yaşlı forvard “Vorskla” ilə mövsümün sonuna qədər müqavilə bağlayıb.

Kulaç 2020-2021 mövsümündə də "Vorskla"da çıxış edib. O, 30 oyuna 17 qol vuraraq, Premyer Liqanın bombardiri olub.

2023-2024 mövsümündə "Zirə"də çıxış edən Kulaç 16 oyuna 4 qola imza atıb.

“Zirə”dən ayrıldıqdan sonra Ermənistanda “Pünik”in formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı