“Çini təriflədi, 2 gün sonra isə Azərbaycanda bir klubun baş məşqçisi təyin olundu”

29 Yanvar 2025 00:50 Hadisə 899
“Çini təriflədi, 2 gün sonra isə Azərbaycanda bir klubun baş məşqçisi təyin olundu”

SSKA-nın (Moskva) qapıçısı İqor Akinfeyev Vasili Berezutskinin Çinin “Şanxay Şenxua” klubundan ayrılaraq Azərbaycanın “Sabah” komandasına keçməsini ironik şəkildə tənqid edib.

Sportinfo.az xəbər verir ki, bu barədə Rusiyanın “Matç TV” kanalının saytı məlumat yayıb.

“Aleksey Berezutski Vasili Berezutskidən daha məsuliyyətlidir (Aleksey Vasilinin əkiz qardaşıdır - red.). Vasya külək kimidir.

O, bu yaxınlarda müsahibə verdi və Çində ona necə gözəl olduğunu dedi. İki gün sonra isə Azərbaycanda bir klubun baş məşqçisi təyin olundu (gülür)” - deyə Akinfeyev TNT kanalında "Şou Voli" proqramının efirində bildirib.

42 yaşlı Vasili Berezutski “Sabah”dan əvvəl SSKA, “Krasnodar” komandalarının da məşqçilər korpusunda çalışıb.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM