Millinin sabiq futbolçusu saxlanıldı - Narkotik qaçaqmalçılığında şübhəli bilinir

28 Yanvar 2025 10:00 Hadisə 631
Millinin sabiq futbolçusu saxlanıldı - Narkotik qaçaqmalçılığında şübhəli bilinir

Belçika yığmasının sabiq futbolçusu Raca Nainqqolan narkotik qaçaqmalçılığında şübhəli bilinərək saxlanılıb.

Sportinfo.az "Gazet van Antwerpen"ə istinadən xəbər verir ki, yarımmüdafiəçi Cənubi Amerikadan Antverpen limanı vasitəsilə kokain qaçaqmalçılığında şübhəli bilinir.

Onun saxlanıldığı Belçika polisi tərəfindən təsdiqlənib. Polisdən verilən açıqlamada araşdırmaların

Cənubi Amerikadan Antverpen limanı vasitəsilə Avropaya kokain idxalı və onun Belçikada yenidən paylanması ilə bağlı ehtimal olunan faktları əhatə etdiyi və 36 yaşlı futbolçunun tutulduğu bildirilib.

Hazırda dinləmələrin davam etdiyi və təqsirsizlik prezumpsiyası prinsipinə uyğun olaraq, bu mərhələdə heç bir şərh verilməyəcəyi də əlavə olunub.

R.Nainqqolan "İnter"in heyətində 2021-ci ildə İtaliya çempionu adını qazanıb.

O, həmçinin İtaliyanın "Roma", "Kalyari", SPAL klublarında da forma geyinib. Futbolçunun son klubu Belçika təmsilçisi "Lokeren-Temse" olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 21:20 Layiqli çempionluq!
23 Aprel 20:00 Qəsd və qələt!
23 Aprel 18:10 Çək və bizə göndər!
23 Aprel 04:50 "Bunlar bəhanə deyil"