Azərbaycanda hərbçiləri SEVİNDİRƏN HADİSƏ - Maaşları artırıldı

28 Yanvar 2025 07:30 Hadisə 900
Azərbaycanda hərbçiləri SEVİNDİRƏN HADİSƏ - Maaşları artırıldı

Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları artırılıb.

Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmanla həqiqi hərbi xidmət hərbi qulluqçularının sosial müdafiəsini gücləndirmək məqsədilə hərbi qulluqçuların aylıq vəzifə maaşları orta hesabla 10 faiz artırılıb.

Nazirlər Kabinetinə Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Eyni zamanda Müdafiə Nazirliyi və Maliyyə Nazirliyi Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görəcəklər.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı