Eyni vaxtda iki müxtəlif hesab ilə işləməyə imkan verən funksiya - “Vatsap”dan növbəti yenilik

28 Yanvar 2025 07:10 Hadisə 5 875
Eyni vaxtda iki müxtəlif hesab ilə işləməyə imkan verən funksiya - “Vatsap”dan növbəti yenilik

Artıq 2023-cü ilin oktyabr ayından “Android” smartfonlarında birdən çox hesabdan istifadə etmək imkanı verən vatsap messenceri bu funksiyanı “Apple” cihazlarına da genişləndirməyə hazırlaşır.

“WABetaInfo”nun (WBI) məlumatına görə, artıq “iPhone” üçün çox istifadəçi dəstəyinin sınaqdan keçirilməsinə başlanılıb.

Vatsapın iOS 25.2.10.70 üçün beta versiyasında istifadəçilərə eyni cihazda, eyni vaxtda iki müxtəlif hesab ilə işləməyə imkan verən funksiya aşkar edilib.

Sınaq başa çatdıqdan sonra funksiya bütün dünya üzrə “iOS”da vatsap istifadəçiləri üçün əlçatan olacaq. Ekspertlər bunun bir neçə ay çəkə biləcəyini təxmin edirlər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 21:20 Layiqli çempionluq!
23 Aprel 20:00 Qəsd və qələt!
23 Aprel 18:10 Çək və bizə göndər!
23 Aprel 04:50 "Bunlar bəhanə deyil"