Sevdiyi qadına qovuşmaq üçün görün nələr edib! - FOTOLAR

28 Yanvar 2025 02:30 Hadisə 1 252
Sevdiyi qadına qovuşmaq üçün görün nələr edib! - FOTOLAR

"İnter Mayami"nin ulduzu Luis Suares uzun fasilədən sonra gündəmə gəlib.

O, bu dəfə həyat yoldaşı Sofia Balbi ilə uzun illərdir yaşadığı sevgi hekayəsi ilə diqqət mərkəzinə düşüb.

"Footy Emporium" sadiq cütlüyün 23 ildir davam edən macarəsı haqqında yazı dərc edib:

"Uruqvayın ən güclü klublarından biri olan “Nasional”ın akademiyasına qəbul olmasına baxmayaraq, Luisin peşəkar futbolçu olmaq üçün kifayət qədər motivasiyası yox idi.

Gecələr gəzir və tam yoxsulluq içində yaşayırdı. Sofiya Balbinin həyatına daxil olması ilə hər şey dəyişdi. Luis ona aşiq oldu.

Ancaq bir müddət sonra qızın ailəsi Avropaya, Barselonaya köçdü. Bununla onların sevgisi daha da alovlandı.

Luis Barselonaya uçmaq üçün qardaşından pul istədi. Lakin sevgilisini orada tapa bilmədi. Bundan sonra o, Avropaya köçmək eşqi ilə yaşadı. Çünki Sofiya ilə yenidən bir araya gəlmək üçün başqa fürsəti olmayacaqdı. Buna görə üzərində işləməyə başladı.

Və belə də oldu. Niderlandın "Qroningen" klubuna transfer olunduqdan sonra Sofiya onun yanına köçdü və o vaxtdan Luis Suares heyrətamiz bir karyera qurdu.

Cütlüyün hazırda üç övladı var. Onlar qalmaqallardan uzaq, sakit həyat yaşayırlar".

Heybət

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 21:20 Layiqli çempionluq!
23 Aprel 20:00 Qəsd və qələt!
23 Aprel 18:10 Çək və bizə göndər!
23 Aprel 04:50 "Bunlar bəhanə deyil"