Fransalı hücumçu “Qarabağ”a gəlmədi, Yunanıstana getdi - FOTO

28 Yanvar 2025 01:00 Hadisə 2 655
Fransalı hücumçu “Qarabağ”a gəlmədi, Yunanıstana getdi - FOTO

Ötən həftə Polşa mətbuatı “Legiya”nın hücumçusu Migel Allan Alfarelanın karyerasını “Qarabağ”da davam etdirmək imkanının yüksək olduğunu yazmışdı.

Sportinfo.az xəbər verir ki, 27 yaşlı hücumçunun Ağdam klubuna keçidi ən azından bu qış baş tutmayacaq.

Belə ki, fransalı forvard Yunanıstana yollanıb.

“Legiya” onu Superliqada iştirak edən “Athens Kalitea”ya yarım mövsümlük icarəyə verib.

Fransız hücumçu “Annesi”, “Paris”, “Bastiya” klublarında oynadıqdan sonra ötən il “Legiya”ya keçmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM