Alp dağlarının fonunda xatirə fotosu - VİDEO

26 Yanvar 2025 08:50 Hadisə 872
Alp dağlarının fonunda xatirə fotosu - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev Davosda CGTN (China Global Television Network) telekanalına müsahibə verib.

Sportinfo.az xəbər verir ki, dövlət başçısı müsahibədən əvvəl çinli jurnalistlə səmimi söhbət edib.

AzTV tərəfindən yayılan kadrlarda Prezidentin jurnalisti salamlamağı, onu yenidən görməyin xoş olduğunu deməyi görünür.

Çinli müxbir bu görüşün onun üçün şərəf olduğunu dilə gətirib, İlham Əliyevlə xatirə fotosunu Alp dağlarının fonunda çəkdirməyi xahiş edib.

Dövlət başçısı 2023-cü ilin yanvarında da sözügedən telekanala müsahibə vermişdi.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı