MƏHKƏMƏ: İçib arvadını döyməkdə təqsirli bilindi - FOTO

26 Yanvar 2025 02:30 Hadisə 574
MƏHKƏMƏ: İçib arvadını döyməkdə təqsirli bilindi - FOTO

"Mançester Siti"nin keçmiş yarımmüdafiəçisi Coi Barton həyat yoldaşına qarşı zorakılıqda təqsirli bilinib.

Sportinfo.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

42 yaşlı keçmiş futbolçu spirtli içkinin təsiri altında həyat yoldaşına zərər verib.

Hadisə 2021-ci ildə yaşanıb. Barton Londonun cənub-qərbindəki evlərinin qarşısında həyat yoldaşının boğazından tutaraq başına vurub.

Bartonun arvadı mübahisə nəticəsində təsadüfən xəsarət aldığını iddia etmişdi və məhkəmə təxirə salınmışdı. Lakin prokurorluq apellyasiya şikayəti verib və məhkəmə şikayəti təmin edib.

Nəticədə Vestminster Maqistrates Məhkəməsi müəyyən edib ki, Barton mübahisə zamanı arvadını yerə yıxıb və onun başına zərbə endirib.

Məhkəmənin hökmünə baxmayaraq, Barton öz təqsirini inkar edir.

"Mançester Siti"nin keçmiş futbolçusu arvadını döyməkdə təqsirli bilindi

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 21:20 Layiqli çempionluq!
23 Aprel 20:00 Qəsd və qələt!
23 Aprel 18:10 Çək və bizə göndər!
23 Aprel 04:50 "Bunlar bəhanə deyil"