Mahir Emreli Şalke 04” ilə bugünkü matçda niyə yoxdur?

25 Yanvar 2025 17:00 Hadisə 777
Mahir Emreli Şalke 04” ilə bugünkü matçda niyə yoxdur?

Bu gün Almaniya II Bundesliqasında 19-cu turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin klubu “Nürnberq” səfərdə “Şalke 04”ün qonağıdır.

Bu matçda Mahir iştirak etmir. Buna səbəb onun ötən tur “Karlsrue” ilə matçda sarı vərəqə almasıdır.

Bu, onun cari mövsümdə 5-ci sarı vərəqəsi olub. Cəzalı duruma düşən 27 yaşlı forvard “Şalke 04” ilə oyunu buraxmalı olub.

Emreli bu mövsüm “Nürnberq”lə bütün turnirlərdə 14 oyunda meydana çıxıb, 4 qol vurub və 1 qol ötürməsi edib.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı