Azərbaycan millisinin rəqibi Şotlandiya ilə “döyüşəcək”

23 Yanvar 2025 04:50 Hadisə 983
Azərbaycan millisinin rəqibi Şotlandiya ilə “döyüşəcək”

DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda Azərbaycan yığmasının rəqibi olan İslandiya iki yoldaşlıq oyunu keçirəcək.

Sportinfo.az xəbər verir ki, İslandiyanın ilk rəqibi Şotlandiya komandası olacaq.

Bu görüş iyunun 6-da Qlazqoda baş tutacaq.

İkinci rəqibin adı hələ açıqlanmayıb, lakin bu oyunla bağlı məlumat yaxın günlərdə açıqlanacaq. Bu matç da iyun pəncərəsinə planlaşdırılıb.

Azərbaycan - İslandiya matçları sentyabrın 5-də və noyabrın 13-də baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM