“Artsax yox, Qarabağ!” – Özü səhvini düzəltdi

22 Yanvar 2025 07:40 Hadisə 723
“Artsax yox, Qarabağ!” – Özü səhvini düzəltdi

Ermənistan parlamentinin spikeri Alen Simonyan Bakıda Qarabağdakı separatçıların başçılarına qarşı keçirilən məhkəməni şərh etməkdən yayınıb.

Simonyan jurnalistlərə cavabında deyib:

"Şərh etmək üçün heç nə yoxdur. Bu, kədərlidir. Ümid edirik ki, məhkəmədən sonra bu şəxslərin geri qaytarılması və azad edilməsi məsələsini müzakirə etmək imkanı olacaq".

Eyni zamanda o, keçmiş qondarma qurum “rəsmilərinin” tənqidlərinə cavab verməkdən qəti şəkildə imtina edib və deyib ki, “onlar müdaxilə etməsələr və sussalar yaxşı olardı”.

Daha maraqlısı isə Simonyanın əvvəlcə Azərbaycanın tərkib hissəsi olan Qarabağı “artsax” adlandırması, sonra isə səhvini düzəltməsi olub. Erməni mətbuatı yazır ki, Alen Simonyan jurnalistlərlə söhbətində əvvəlcə “artsax” adından istifadə edib, sonra isə səhvini bir neçə dəfə düzəldib və “Qarabağ” sözünü dörd dəfə təkrarlayıb. Jurnalistin “Qarabağ” sözünü bilərəkdən deyirsinizmi sualına o, belə cavab verib: "Bəli. Məncə, Qarabağ ifadəsini işlətmək düzgündür”.

Jurnalist Simonyana Ağdama gedib foto çəkdirməsini xatırladıb. Onun bu iradına isə Simonyan “hamı səhv edir”, - deyə cavab verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 21:20 Layiqli çempionluq!
23 Aprel 20:00 Qəsd və qələt!
23 Aprel 18:10 Çək və bizə göndər!