“Neftçi” ilə matça gəlmədi, “Pambıqçı”lardan XƏBƏR ÇIXMADI

27 Noyabr 2024 03:00 Hadisə 999
“Neftçi” ilə matça gəlmədi, “Pambıqçı”lardan XƏBƏR ÇIXMADI

AFFA U-13 Liqasında çıxış edən iki komandanı - “Sahil” və “Pambıqçı”nı texniki məğlubiyyətlə (0:3) cəzalandırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Cəzaya səbəb hər iki komandanın təyin edilən vaxtda meydanda olmamasına görə oyunların baş tutmamasıdır. Noyabrın 23-də “Sahil” “Neftçi” ilə matça gəlmədiyi üçün komandaya texniki məğlubiyyət verilib.

“Pambıqçı” isə ayın 13-də “Füzuli” ilə görüş üçün təyin edilən vaxtda meydanda olmadığı üçün cəzalandırılıb.

AFFA U-16 Liqasında noyabrın 22-də keçirilən “Dinamo” - “Şamaxı” görüşünün 65-ci dəqiqəsində meydan sahiblərinin oyunçusu Kamran Məhərrəmov hakimi təhqir etdiyi üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb.

Futbolçu bu hərəkətinə görə 4 oyun cəzalandırılıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 21:20 Layiqli çempionluq!
23 Aprel 20:00 Qəsd və qələt!