Üç aydır maaş almayan komanda meydana çıxmaqdan imtina etdi – Ermənistanda

26 Noyabr 2024 01:40 Hadisə 576
Üç aydır maaş almayan komanda meydana çıxmaqdan imtina etdi – Ermənistanda

Ermənistanda ölkə çempionatının 17-ci turunun "Pyunik" və "Vest Armenia" arasında keçirilən oyunu ləğv edilib.

Sportinfo.az xəbər verir ki, qonaq komanda etiraz əlaməti olaraq meydana çıxmamaq qərarına gəlib.

Son məlumatlara görə, "Vest Armenia"da üç aydır maaş verilmir. Bundan başqa, bir sıra əcnəbi futbolçular kirayə mənzilsiz qalıblar.

Ermənistan Futbol Federasiyası UEFA-nın təqdim etdiyi "Həmrəylik vəsaitləri" adlanan fond hesabına klubun borclarını ödəyəcəyini vəd edib, lakin bu, yalnız 2025-ci ilin yanvarında baş tutacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 21:20 Layiqli çempionluq!
23 Aprel 20:00 Qəsd və qələt!