Millinin gənc uldzunun yeni model sevgilisi var - FOTOLAR

25 Noyabr 2024 02:30 Hadisə 1 228
Millinin gənc uldzunun yeni model sevgilisi var - FOTOLAR

“Barselona”nın və İspaniya millisinin hücumçusu Lamin Yamal italyan model Anna Cenoso ilə əlaqələndirilir.

Sportinfo.az xəbər verir ki, model Milanda yaşayır, lakin “Napoli” və şəxsən Xviça Kvaratsxeliyanı dəstəkləyir.

O, “Instagram”da 571k və “TikTok”da 804k izləyici toplayan, uzun müddətdir modellik edən tələbədir. Anna aktrisa olmaq arzusundadır.

Bildirilir ki, model “Atletik Bilbao”nun hücumçusu Niko Uilyamsla dostdur. Yamal keçmiş sevgilisi Aleks Padilladan ayrıldıqdan sonra dostuna baş çəkməyə gəldiyi Marbelyada onunla tanış olub.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı