Stadionda meydana donuz başı atdılar - VİDEO

24 Noyabr 2024 10:15 Hadisə 747
Stadionda meydana donuz başı atdılar - VİDEO

Braziliya A seriyasının 32-ci turunda keçirilən “Korintians” - “Palmeyras” oyununda (2:0) azarkeşlər meydana donuz başı atıblar.

Sportinfo.az xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.

Hadisə derbi matçının 28-ci dəqiqəsində künc zərbəsi yerinə yetirilərkən baş verib.

“Korintians”un oyunçusu Youri Alberto təpiklə donuz başını meydandan uzaqlaşdırıb.

Daha sonra futbolçu “Globo” nəşrinə hadisə barədə danışıb: “Az qalsın ayağımı sındıracaqdım. Yastıq və ya buna bənzər bir şey olduğunu düşündüm. Donuz başı idi və az qala ayağımı incidəcəkdim”.

Hadisə nəticəsində iki azarkeş saxlanılsa da, onlar günahsız olduqlarını dedikdən sonra sərbəst buraxılıblar.

Hər iki komanda San Paulo şəhərini təmsil edir.

Görüntüləri təqdim edirik:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 21:20 Layiqli çempionluq!
23 Aprel 20:00 Qəsd və qələt!