Mahir üçün Almaniyada bu addımı atıb, özünə xəbər verdilər

21 Noyabr 2024 23:00 Hadisə 2 895
Mahir üçün Almaniyada bu addımı atıb, özünə xəbər verdilər

Almaniyada yaşayan soydaşlarımız “Nürnberq”in ətrafında birləşiblər.

Bir qrup futbol fədaisi bu komandanın oyunları zamanı stadiondakı yerini tutmağa, “qırmızı-ağlar”a dəstək verməyə çalışır.

Hətta bunun üçün aktiv sosial şəbəkə platforması “feysbuk”da “Nürnberg FC Aserbaidschan” qrupu daha yaradılıb.

3 min izləyicisi olan qrup aylar öncədən tərtib olunub. Lakin Mahirin “Nürnberq”ə keçidindən sonra fəallıq artıb. Qrupdakıların 1/3-i xarici vətəndaşlar, qalanı azərbaycanlılardır.

İzləyicilərin əsas diqqəti Emrelidə olsa da, baş məşqçi postunda Almaniya millisinin keçmiş hücumçusu Miroslav Klozenin yer alması onları həvəsləndirib.

Qrupdakı paylaşımlarda “Nürnberq”in qarşıdakı oyunları, keçirdiyi matçların icmalı və Mahirin vurduğu qollar yer alır.

Artıq bu barədə Mahirə də məlumat verilib. O, bu işdə əziyyəti keçənlərə təşəkkürünü bildirib.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 21:20 Layiqli çempionluq!
23 Aprel 20:00 Qəsd və qələt!