100 milyonluq hücumçu yığmamıza 4 qol vurdu, İbrahimoviçin yolu ilə getdi

21 Noyabr 2024 09:20 Hadisə 681
100 milyonluq hücumçu yığmamıza 4 qol vurdu, İbrahimoviçin yolu ilə getdi

İsveç yığmasının yeni ulduzu Viktor Dyekereş Azərbaycan millisinə qalib gəldikləri UEFA Millətlər Liqası matçında Zlatan İbrahimoviçin göstəricisini təkrarlayıb.

Sportinfo.az xəbər verir ki, 100 milyon avro dəyərində 26 yaşlı hücumçu buna sözügedən oyunda poker etməklə nail olub.

Hazırda Portuqaliyada "Sportinq"in formasını geyinən forvard 12 ildən sonra İsveç yığmasında bir görüşdə 4 qol vuran ilk oyunçudur.

Zlatan İbrahimoviç 2012-ci ildə İngiltərə ilə yoldaşlıq qarşılaşmasında 4 dəfə fərqlənib. O, 2004-cü ildə isə DÇ-2006-nın seçmə mərhələsində Malta ilə matçda eyni uğura imza atıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 21:20 Layiqli çempionluq!
23 Aprel 20:00 Qəsd və qələt!