Messi rəqibini təhqir etdi: “Nə edirsən, axmaq?”

20 Noyabr 2024 22:00 Hadisə 1 560
Messi rəqibini təhqir etdi: “Nə edirsən, axmaq?”

Argentina millisi dünən dünya çempionatının seçmə mərhələsi çərçivəsində Peru yığması ilə qarşılaşıb. Lautaro Martinesin qolu sayəsində argentinalılar 1:0 hesablı qələbə qazanıblar.

Peru millisinin üzvü Karlos Zambranonun ikinci hissədə rəqib futbolçu Lionel Messiyə qarşı aqressiv oynadığı bir məqam olub.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 37 yaşlı Messi rəqibinin bu hərəkətinə kobud ifadə ilə cavab verib:

“Nə edirsən, axmaq?”

Argentina millisi seçmə mərhələnin 12 turundan sonra 25 xalla turnir cədvəlinə başçılıq edir.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı