“Neftçi” və “Qarabağ”ın legionerləri məyusluq yaşadı

18 Noyabr 2024 03:00 Hadisə 1 254
“Neftçi” və “Qarabağ”ın legionerləri məyusluq yaşadı

"Qarabağ"ın futbolçusu Marko Yankoviç və "Neftçi"nin oyunçusu Edvin Kuçun çıxış etdiyi Monteneqro millisi UEFA Millətlər Liqasında növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, komanda 5-ci turda İslandiyanı qəbul edib.

Matç qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yankoviç start heyətdə meydana çıxıb və sona qədər oynayıb. O, matçın 58-ci dəqiqəsində sarı vərəqə alıb. Edvin Kuç isə 46-cı dəqiqədə meydana daxil olub.

5 turdan sonra Monteneqro millisinin xalı yoxdur. İslandiya isə 7 xalla ikincidir. Qrupa 11 xalla Türkiyə yığması liderlik edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 21:20 Layiqli çempionluq!
23 Aprel 20:00 Qəsd və qələt!