Qəbələdə millinin uğursuz nəticəsinə qəribə reaksiya - VİDEO

19 Noyabr 2024 14:40 Hadisə 982
Qəbələdə millinin uğursuz nəticəsinə qəribə reaksiya - VİDEO

Azərbaycan millisi Millətlər Liqasının 5-ci turunda Estoniyanı qonaq etdi.

Qəbələ şəhər stadionunda keçirilən matçda Fernandu Santuşun yetirmələrini yalnız qələbə qane edirdi.

Arxada qalan 4 turda xalsız qalan milli bununla həm ilk qələbəyə sevinəcəkdi, həm də D liqasına düşməkdən xilas olacaqdı.

Amma futbolçular yenə azarkeşləri üzməklə yadda qaldı.

90 dəqiqə oyunda hesab açılmadı. Qonaqlar aktivinə yazdığı növbəti xalla qrupu sonuncu pillədə bitirməyimizə səbəb oldu.

Uğursuz nəticəyə rəğmən tribunaya cəm olan fanatlar milli üzvlərinə dəstək nümayiş etdirdilər.

Furbolçuları yer aldıqları tribuna önünə çağıran tərəfdarlar bərabərliyi qələbə ab-havasında qeyd etdilər.

XANOĞLAN/ SPORTİNFO.AZ

Həmin anlara aşağıdakı linkdə izləyə bilərsiniz:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 21:20 Layiqli çempionluq!
23 Aprel 20:00 Qəsd və qələt!