“Bu, jurnalistlərin səhvidir, futbolçunun deyil”

14 Noyabr 2024 10:00 Hadisə 576
“Bu, jurnalistlərin səhvidir, futbolçunun deyil”

Fransa millisinin və “Arsenal”ın sabiq yarımmüdafiəçisi Rober Pires “Liverpul”un hücumçusu Məhəmməd Salahın bu il “qızıl top”a iddialılar siyahısına düşə bilməməsindən danışıb.

Sportinfo.az “Liverpool Echo”-ya istinadən xəbər verir ki, fransalı keçmiş futbolçu, Salahla ədalətsiz rəftar edildiyini bildirib:

“Salahla ədalətsiz rəftar edildi. Bu, onun üçün yox, “qızıl top” siyahısı üçün itkidir.

Bu, jurnalistlərin səhvidir, futbolçunun deyil. Bir çox böyük futbolçu bu mükafatı qazana bilməyib.

Tyerri Anri, Andres İnyesta, Xavi Hernandesi xatırlaya bilərsiz. Futbolu çox yaxşı başa düşməyən insanlar var”.

“Qızıl top”un qalibi “Mançester Siti”nin ispaniyalı yarımmüdafiəçisi Rodri olub. İkinci yeri Vinisius Junior, üçüncünü isə Çud Bellingem tutub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 21:20 Layiqli çempionluq!
23 Aprel 20:00 Qəsd və qələt!