Ən seksual fanat indi nə işlə məşğuldur? - FOTOLAR

24 Oktyabr 2024 02:40 Hadisə 3 863
Ən seksual fanat indi nə işlə məşğuldur? - FOTOLAR

2022-ci ildə Qətərdə keçirilən dünya kubokunda şöhrət qazanan model və influenser İvana Knoll DJ-lik ilə dünyanı fəth etməyə davam edir.

Sportinfo.az xəbər verir ki, 32 yaşlı gözəl 2023-cü ildən musiqi ilə məşğuldur. 2 il ərzində o, əhəmiyyətli irəliləyiş əldə edə bilib.

İndi İvana (DJ Knoll Doll) ən böyük elektron musiqi festivallarına dəvət olunur. Tiesto ilə şəkil çəkdirir və onun Instagram auditoriyası artıq 2,9 milyon izləyiciyə çatıb.

Xorvatiyalı gözəlin ulduz sənətçilərə də çıxışı var. Çünki o, tez-tez məşhurların məclislərinə dəvət olunur.

Məsələn, İvana bu yaxınlarda müğənni Şer və əfsanəvi "Backstreets Boys" qrupunun üzvləri ilə fotoşəkil yerləşdirib.

Gördüyümüz kimi, İvananın ən seksual azarkeş kimi tanındığı dünya kubokundan sonra karyerasında böyük inkişaf var.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
1 Aprel 07:40 Ömrü uzadan 10 qida