Anna AFFA-nın binasında

22 Oktyabr 2024 04:00 Hadisə 743
Anna AFFA-nın binasında

UEFA-nın dəstəyi ilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Qazaxıstan Futbol Federasiyasının (QFF) Lisenziyalaşdırma Departamentinin əməkdaşları arasında mübadilə proqramı həyata keçirilib.

Sportinfo.az xəbər verir ki, proqram iştirakçıları arasında UEFA-nın lisenziyalaşdırma üzrə mütəxəssisi Anna Polatovska da var idi.

Birinci hissəsi Bakıda baş tutan proqram çərçivəsində QFF-dən olan əməkdaşlar yerli lisenziyalaşdırma sistemi və əsas proses barədə məlumatlandırılıb.

Bundan əlavə, departamentin ekspertləri qonaqlarla təkbətək görüşlər keçirərək meyarlar üzrə fikir və təcrübələrini paylaşıblar.

Proqrama uyğun olaraq növbəti görüşün Qazaxıstanda keçirilməsi planlaşdırılıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 21:20 Layiqli çempionluq!
23 Aprel 20:00 Qəsd və qələt!