Tanınmış hücumçu ağladı: “Hər gün əzab çəkirdim” - VİDEO

21 Oktyabr 2024 10:20 Hadisə 964
Tanınmış hücumçu ağladı: “Hər gün əzab çəkirdim” - VİDEO

Braziliya millisinin və “Əl-Hilal”ın hücumçusu Neymar çarpaz bağın yırtılmasından sonra sağalmasından danışıb.

Sportinfo.az xəbər verir ki, o, “NR Sports” yutub kanalında fikirlərini bölüşərkən ağlayıb.

“Həyatda ən çox sevdiyim şey futbol oynamaqdır. Oynamadığım üçün hər gün əzab çəkirdim”, - futbolçu deyib.

“Əl-Hilal” Neymarı oktyabrın 21-də “Əl-Ayn” ilə keçiriləcək Asiya Çempionlar Liqası matçı üçün heyətə daxil edib.

Neymar ötən ilin oktyabrında, Braziliya millisinin DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Uruqvaya qarşı keçirdiyi görüşdə (0:2) zədələnib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 21:20 Layiqli çempionluq!
23 Aprel 20:00 Qəsd və qələt!