Kurban Berdıyev daha bununla öyünə bilməz

20 Oktyabr 2024 11:55 Hadisə 2 424
Kurban Berdıyev daha bununla öyünə bilməz

“Zenit” Rusiya Premyer Liqasının rekordunu təkrarlayıb.

Sportinfo.az xəbər verir ki, Sankt-Peterburq təmsilçisi startdakı 12 görüşdən 9-da qol buraxmayıb.

Bu, matçların 75 faizinə bərabərdir. “Zenit” son 14 ildə bunu bacaran yeganə komandadır.

Belə nəticə sonuncu dəfə 2010-cu ildə yaşanıb. Həmin vaxt “Rubin” ilk 12 oyunun 9-da qapısını toxunulmaz saxlayıb.

Onda Kazan klubunu “Turan Tovuz”un indiki baş məşqçisi Kurban Berdıyev çalışdırırdı.

"Zenit” XII turda “Akron” üzərində səfər qələbəsi qazanıb – 5:0.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 21:20 Layiqli çempionluq!
23 Aprel 20:00 Qəsd və qələt!