"Qarabağ"ın Avropa Liqasındakı rəqibi qazana bilmədi

20 Oktyabr 2024 02:40 Hadisə 908
"Qarabağ"ın Avropa Liqasındakı rəqibi qazana bilmədi

"Qarabağ"ın Avropa Liqasındakı rəqibi "Bodo-Qlimt" Norveç çempionatında xal itirib.

Sportinfo.az xəbər verir ki, Kyetil Knutsenin komandası 25-ci turda səfərdə "Tromse"nin qonağı olub.

90 dəqiqə ərzində qapılara qol vurulmayıb. Xal itkisinə baxmayaraq "Bodo-Qlimt" 54 xalla turnir cədvəlinə başçılıq edir. Komanda ən yaxın izləyicisini 8 xal qabaqlayır.

Avropa Liqasının 4-cü turunda baş tutacaq "Bodo-Qlimt" - "Qarabağ" matçı noyabrın 7-də Norveçdə keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti