Polşa klubu Rahil Məmmədova Türkiyədən rəqib gətirdi

18 Oktyabr 2024 02:50 Hadisə 586
Polşa klubu Rahil Məmmədova Türkiyədən rəqib gətirdi

Azərbaycan millisinin müdafiəçisi Rahil Məmmədovun formasını geyindiyi "Radomyak" (Polşa) Türkiyə Superliqasında çıxış edən futbolçu ilə anlaşıb.

Sportinfo.az Ekstraklasa təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, "ağ-yaşıllar" "Başakşəhər"dən çinli Vu Şaokonqu icarə əsasında heyətinə qatıb.

24 yaşlı mərkəz müdafiəçisi cari mövsümün sonuna qədər "Radomyak"da çıxış edəcək.

Vu Şaokonq son olaraq icarə əsasında Türkiyənin digər təmsilçisi "Gənclərbirliyi" klubunun şərəfini qoruyub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 21:20 Layiqli çempionluq!