Türkiyə yığmasının oyunçuları öz geyimlərini üşüyən uşaqlara verdi – VİDEO+FOTOLAR

16 Oktyabr 2024 15:20 Hadisə 1 987
Türkiyə yığmasının oyunçuları öz geyimlərini üşüyən uşaqlara verdi – VİDEO+FOTOLAR

Millətlər Liqasında keçirilən Türkiyə-İslandiya matçından əvvəl maraqlı anlar yaşanıb.

Sportinfo.az xəbər verir ki, türkiyəli futbolçular Merih Demiral, Kənan Yıldız və Ferdi Kadıoğlu öz üst geyimlərini üşüməsinlər deyə islandiyalı uşaqlara verib.

Bundan sonra Türkiyə millisinin digər futbolçuları da bunu təkrarlayıb. Onların bu hərəkəti təqdir edilib.

Millətlər Liqasında İslandiya ilə keçirilən matç Türkiyənin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Sözügedən görüntüləri təqdim edirik:


Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 21:20 Layiqli çempionluq!