AFFA rəhbərliyi Tallində Santuşa hədiyyə verdi - FOTO

11 Oktyabr 2024 08:30 Hadisə 1 655
AFFA rəhbərliyi Tallində Santuşa hədiyyə verdi - FOTO

AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşa 70 illik yubileyi ilə əlaqədar Estoniya ilə oyunöncəsi məşqdən əvvəl xüsusi forma hədiyyə edib.

Sportinfo.az xəbər verir ki, 70 rəqəmi qeyd olunan formada Fernandu Santuşun adı yazılıb.

Yığma bu gün UEFA Millətlər Liqasının oyununda səfərdə Estoniya ilə qarşılaşacaq. C Liqasının I qrupunun görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 21:20 Layiqli çempionluq!