Ortalıqda yox idi, uzun müddət sonra idman yarışında üzə çıxdı - VİDEO+FOTOLAR

11 Oktyabr 2024 08:20 Hadisə 2 031
Ortalıqda yox idi, uzun müddət sonra idman yarışında üzə çıxdı - VİDEO+FOTOLAR

Müdafiə nazirinin sabiq birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəisi general-polkovnik Nəcməddin Sadıkov uzun fasilədən sonra ictimaiyyət arasında görünüb.

Sportinfo.az xəbər verir ki, N.Sadıkov Binə Atçılıq Mərkəzində “Mahir Muradov Kuboku” uğrunda keçirilən konkur yarışlarını izləyib.

O, Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyevlə yanaşı əyləşib.

Nəcməddin Sadıkov 2 noyabr 1993-cü ildə müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargahının rəisi vəzifəsinə təyin edilib. 2020-ci ilin oktyabrında tutduğu vəzifədən azad edilib.

27-28 sentyabr tarixlərində keçirilən yarışları N. Sadıkov və E. Quliyevlə birgə, maliyyə naziri Samir Şərifov da izləyib.

Nəcməddin Sadıkovun adı bir neçə cinayət işində hallanır. Müdafiə Nazirliyindəki 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmə istintaqında bəzi təqsirləndirilən şəxslər ona pul verdiklərini deyiblər.

Həmin işlə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində Sadıkov barəsində cinayət təqibi aparılır.

Bundan başqa, Müdafiə Nazirliyinin sabiq baş zabiti Zahid Niftəliyev də öz məhkəməsində N. Sadıkovu ittiham edir.


Digər Xəbərlər
Xəbər Lenti
10 Sentyabr 21:00 Mümkün deyil ki?
10 Sentyabr 17:10 Çək və bizə göndər!
10 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Sentyabr 07:50 Aslanla gücləndilər - 1 il