"Qarabağ"ı ÇL-dən kənarlaşdıran klubun yeni baş məşqçisi açıqlandı

27 Sentyabr 2024 04:10 Hadisə 1 030
"Qarabağ"ı ÇL-dən kənarlaşdıran klubun yeni baş məşqçisi açıqlandı

"Dinamo"nun (Zaqreb) yeni baş məşqçisi müəyyənləşib.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komandanı Nenad Beliça çalışdıracaq.

Xorvatiyalı mütəxəssis bu vəzifədə Sergey Yakiroviçi əvəzləyib. 53 yaşlı məşqçi ilə 1 illik müqavilə imzalanıb.

O, 2018-2020-ci illərdə də "Dinamo"nu çalışdırıb.

“Dinamo” bu mövsüm Çempionlar Liqasının pley-off mərhələsində iki oyunun nəticəsinə əsasən (3:0, 2:0) “Qarabağ”ı mübarizədən kənarlaşdırıb.

Komanda Çempionlar Liqasının Liqa mərhələsində "Bavariya"ya 2:9 hesabı ilə uduzduğu oyundan sonra isə Sergey Yakiroviç istefaya göndərilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 18:10 Çək və bizə göndər!
24 Aprel 03:40 “Geri qaytara bildim”