Məşhur futbol adamının böyük oğlu karyerasını bitirdi - 29 yaşında

26 Sentyabr 2024 04:20 Hadisə 590
Məşhur futbol adamının böyük oğlu karyerasını bitirdi - 29 yaşında

Dünya futbolunun əfsanəsi Zinəddin Zidanın böyük oğlu Entso Zidan 29 yaşında karyerasını bitirib.

Sportinfo.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

Onun özəl həyatına vaxt ayırmaq və diqqətini investisiya fəaliyyətinə yönəltməyi planlaşdırdığı deyilir.

Entsonun son klubu “Fuenlabrada” olub. Futbolçu klubda 29 oyun keçirib. O, 2023-cü ilin yayında komandadan ayrılıb.

O, “Real Madrid” akademiyasının məzunudur. Entso “kral klubu”nun əvəzedici komandasında 100-dən çox oyun keçirib, 16 avqust 2016-cı ildə “Real”ın əsas komandasında debüt etdi.

Entso həmçinin, “Alaves”, “Lozanna”, “Almeriya” və digər klublarda çıxış edib. O, peşəkar futbolda 203 oyun keçirib, 13 qol vurub və 24 məhsuldar ötürmə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 18:10 Çək və bizə göndər!
24 Aprel 03:40 “Geri qaytara bildim”