Ötən həftə Çempionlar Liqasında əsas mərhələyə start verildi.
İlk turun antiqəhrəmanlarından biri "Jirona"nın qapıçısı Paulo Qassaniqa idi.
Məhz onun səhvi ucbatından Kataloniya klubu PSJ ilə görüşün son anlarında 1 xalı əldən verdi.
Sportinfo.az xəbər verir ki, buna rəğmən, argentinalı qapıçı hamı tərəfindən dəstəkləndi. Söhbət təkcə komanda yoldaşları, həmkarları və məşqçilər heyətindən getmir. Həyat yoldaşı Patrisiya da daim onun yanında olur.

Paulo və Patrisiya 2010-cu ildə Valensiyada tanış olublar. İspaniyalı gözəl sözügedən şəhərdə anadan olub. Qassaniqa isə 2007-ci ildə Argentinadan Aralıq dənizinin İspaniya sahillərinə köçüb və "Valensiya" akademiyasında təhsil almağa başlayıb. Cütlük 13 ildən çoxdur birlikdədir.
Məlum olan odur ki, Patrisiya Paulonun bütün karyerası boyunca yanında olub. "Valensiya" və "Qillingem"dən tutmuş "Jirona" ilə sensasiyalı mövsümə və Çempionlar Liqasında debütə qədər. Bu yol çox çətin keçib. Heç kim uğura zəmanət vermir. Ancaq belə münasibətlər motivasiya baxımından böyük rol oynayır.

Özünüz qərar verin. Qassaniqa güclü rəqabət səbəbindən heç vaxt "Valensiya" üçün oynaya bilməyib. 2012-ci ildə "Sauthempton"da ehtiyat oyunçular skamyasında oturmaqdan bezərək İngiltərənin dördüncü divizion klubu "Qillingem"ə üz tutub.
Sonra uğursuz "Rayo Valyekano" və "Tottenhem"macərası yaşayıb. "Elçe" və "Fulhem"də hər şey yoluna düşəməyə başlayıb.
Bu komandalarda əsas qapıçıya çevrilib. 2022-ci ildə argentinalı uğur qazandığı klubu - "Jirona"ya keçib. Belə keşməkeşli karyera boyunca Patrisiya daim onun yanında olub.
2021-ci ildə cütlüyün oğlu olub. Ona Mario adı veriblər. İndi Patrisiya onunla birlikdə stadionlarda Paulonu dəstəkləyir.









