Yeni həngamə: Federasiya prezidenti ilə ətrafındakılara göstəriş verildi: “Susun!”- VİDEO

23 Sentyabr 2024 19:40 Hadisə 973
Yeni həngamə: Federasiya prezidenti ilə ətrafındakılara göstəriş verildi: “Susun!”- VİDEO

“Turan Tovuz” ilk mövsümdə məğlubiyyətini “Araz-Naxçıvan”dan aldı – 1:2.

Oyunun bu hesabla bitəcəyini yerli azarkeşlər gözləməsə də, deyəsən, Naxçıvan təmsilçisinin rəhbərliyi Tovuza qələbə ümidilə gəlmişdi.

Belə olmasaydı, təxminən 10-a yaxın xüsusi şəxs VİP-lojadakı yerini tutmazdı.

Futbol təsərrüfatında kifayət qədər tanınan, hazırda Naxçıvan Futbol Federasiyasının prezidenti vəzifəsini daşıyan Zaur Axundovla ətrafındakılar görüşü maraqla izləyir, az qala hər epizoda kəskin reaksiya göstərirdilər.

Sevimli komandaları hesabı açan anda VİP-də bir səs-küy qopdu ki, gəl görəsən. Qonaqların qışqıraraq bir-birini bağrına basması heç 10 saniyə çəkmədi.

Tribunada yer alan yerli azarkeşlər ayağa qalxıb qonaqlara VİP sektorda sevinməyin “qadağan olduğunu” deyib, bunu etmək üçün onlara qarşı tərəfdəki sektora keçməyi məsləhət gördülər.

Klubun nüfuzlu şəxsləri istəsəydi, “Turan Tovuz” azarkeşlərinin cavabını verər, orada sevinmək hüquqlarını bildirərdilər.

Lakin böyüklük nümayiş etdirib susdular. Daha doğrusu, aralarında bir nəfər əlini bir neçə dəfə sinəsinə aparıb söhbətin uzanmasının qarşısını aldı.

Görünən odur ki, tovuzlu futbolsevərlər hələ də 90-cı illərin ab-havasından çıxmayıb.

Jurnalistləri təhdid və təhqir edən, klub rəhbərlərinə qola sevinmək qadağası qoyan fanatlar Azərbaycanda yaşadıqlarını və ölkənin qanunlarına əməl etməyin vacibliyini unutmamalıdır.

Bu düşüncə ilə onlar “Turan Tovuz”u irəliyə aparmaq əvəzinə geriyə dartır ki, yaşananlar kənardan heç də xoş görünmür.

Azarkeşin işi sevimli komandasını dəstəkləmək, yeri gələndə tənqid etməkdir. Stadionda ağalıq edərək qonaqlara rejim münasibəti göstərmək yox.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 18:10 Çək və bizə göndər!
24 Aprel 03:40 “Geri qaytara bildim”