“Neftçi”dən ayrılan Qara Qarayevdən YENİ XƏBƏR - FOTO

22 Sentyabr 2024 18:10 Hadisə 4 681
“Neftçi”dən ayrılan Qara Qarayevdən YENİ XƏBƏR - FOTO

Azərbaycan millisinin sabiq üzvü Qara Qarayev Qarabağ Dirçəliş Fondunun təşkil etdiyi minifutbol turnirinin rəsmi səfiri seçilib.

Sportinfo.az xəbər verir ki, Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev 32 yaşlı yarımmüdafiəçiyə bunun üçün xüsusi döş nişanı təqdim edib.

Hazırda klubsuz olan Qara Qarayev daha əvvəl “Qarabağ” və “Neftçi”nin formasını geyinib. O, ötən gün paytaxt klubundan ayrılıb.

Minifutbol turnirindən əldə olunacaq vəsait Qarabağ Dirçəliş Fondunun sifarişi ilə işğaldan azad edilmiş Füzuli şəhərində salınacaq mərkəzi parkın ərazisində idman meydançalarının tikintisinə yönəldiləcək.

Beləliklə, komandalar turnirdə iştirak etməklə yanaşı, həm də Qarabağın bərpasına töhfə vermiş olacaqlar.

Digər Xəbərlər
Xəbər Lenti