Məlum olduğu kimi, Bakının Əhmədli qəsəbəsində kütləvi dava baş verib.
Sportinfo.az xəbər verir ki, davaya səbəb "Fənərbağça" - "Qalatasaray" oyunu olub.
Hər iki klubun fanatları arasında matç bitəndən sonra mübahisə yaranıb. Əlbəyaxa dava polisin müdaxiləsindən sonra dayanıb. Bir neçə şəxsin saxlandığı bildirilir.
Türkiyə superliqasının 6-cı turunda əzəli rəqiblər üz-üzə gəlib. “Şükrü Saracoğlu” stadionunda keçirilən görüş "Qalatasaray"ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Bu oyun liderlik baxımından da əhəmiyyət daşıyıb. Cari mövsüm liqada bütün 6 matçda qələbə qazanan “Qalatasaray” 18 xalla birinci yeri tutur.
Artıq kütləvi dava ilə bağlı təhqiqat araşdırmasına başlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşları hadisədən məlumatlıdırlar:
"Ərazi üzrə polis orqanında təhqiqat araşdırması başlanılıb. Əlavə məlumat veriləcək".

