Sportinfo.az xəbər verir ki, Bakının Əhmədli qəsəbəsində kütləvi dava baş verib.
Hadisə şahidlərinin verdiyi məlumata görə, davaya səbəb bir qədər əvvəl başa çatan "Fənərbağça" - "Qalatasaray" oyunu olub.
Hər iki klubun fanatları arasında oyun bitəndən sonra mübahisə yaranıb. Əlbəyaxa dava polisin müdaxiləsindən sonra dayanıb. Bir neçə şəxsin saxlandığı bildirilir.
Türkiyə superliqasının 6-cı turunda əzəli rəqiblər üz-üzə gəlib. “Şükrü Saracoğlu” stadionunda keçirilən görüş "Qalatasaray"ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Bu oyun liderlik baxımından da əhəmiyyət daşıyıb. Cari mövsüm liqada bütün 6 matçda qələbə qazanan “Qalatasaray” 18 xalla birinci yeri tutur.
"Fənərbaxça” isə 6 turdan sonra 13 xalla 2-ci yeri tutur.

